Avroba Birliyi ölkələrinin tədbirlər planı baş tutmadı

Avroba Birliyi ölkələrinin tədbirlər planı baş tutmadı

08-04-2020 17:24 / Bu xəbər 1030 dəfə oxundu

Saatlarla davam edən danışıqlardan sonra Avropa Birliyi dövlətlərinin maliyyə nazirləri koronavirus pandemiyasından təsirlənən iqtisadiyyatı xilas etmək üçün təqdim edə biləcəkləri birgə tədbirlər planı barədə razılığa gələ bilməyiblər.

Bu barədə "Politico" xəbər yayıb. 

Müzakirələr çərşənbə axşamı videokonfrans vasitəsilə başlayıb və çərşənbə günü səhər saatlarına kimi davam edib. 

İtaliya və Hollandiyanın başçılığı ilə bir sıra dövlətlər Avrozona yardım fondundan kredit xətlərinin şərtləri və borcların konsolidasiya edilməsi barədə razılığa gələ bilmirlər. 

Məlumata görə, razılaşdırılmış tədbirlər barədə razılığa gəlmədən hökumətlər özləri ayrı-ayrılıqda hərəkət etmək məcburiyyətində qalacaqlar və iqtisadi nəticələri azaltmaq üçün borc götürməli olacaq. Bu isə borc böhranının yaranmasına gətirib çıxara bilər. 

Nazirlər kütləvi iflasın qarşısını almağa və ölkələrin pandemiyanın yayılmasının qarşısını alınması üçün izolyasiya tədbirlərin aradan qaldırıldıqdan sonra iqtisadi yüksəlişin sürətləndirməsinə kömək edəcək ən azı üç təşəbbüs barədə razılığa gəlməyə çalışırlar.

Belə təşəbbüslərdən biri Avropa Komissiyası tərəfindən təklif olunmuş 100 milyard avro məbləğində müvəqqəti işsizlik üçün təkrar sığorta planıdır. Plan şirkətlərə iş vaxtını azaltmağa və itirilmiş gəlirlərinə görə işçilərinə kompensasiya ödəməyə imkan verən dövlət proqramını nəzərdə tutur.

İkinci təşəbbüs, Avropa İnvestisiya Bankı tərəfindən 200 milyard avroluq fonddan maliyyəyə ehtiyacı olan Avropa Birliyi şirkətlərinə ucuz kreditlərin verilməsidir.

Üçüncü təşəbbüs isə Avropa Sabitlik Mexanizmi (ESM) kimi tanınan Avrozonanın Xilasetmə Fondundan vahid valyutadan istifadə edən istənilən ölkəyə müəyyən şərtlər altında kredit xəttinin açılmasıdır.

Rəsmi Roma ESM kredit xəttlərinin şərtlərini zəiflətmək və hətta belə  şərtlərin ləğv edilməsinə çalışır.  Belə mövqe ilə Niderland razılaşmır. Niderlandı bu məsələdə Avstriya və Finlandiya dəstəkləyir. 

Niderlan hökümətinin mövqeyi odur ki, Avrozonanın Xilasetmə Fondunun kredit xəttdindən istifadə edən dövlət pandemiyanı aradan qaldırıması məqsədi ilə səhiyyəyə və iqtisadıyatla bağlı yaranacaq çətinliklərin dəf edilməsi məqsədilə maliyyə ehtiyyatlarını yaratmalıdırlar. 

Əlavə olaraq həmin dövlətlər də öhdəliklər götürməlidirlər ki, maliyyələrin uzunmüddətli perspektivdə sağlam görünnəsi üçün tədbirlərin görülməsi öhdəliyi götürəməlidir. İtaliya höküməti, maliyyə institutlarının nəzarət altında saxlanması ideyasını yaxın buraxmır.

Digər bir fərq, Birliyin bərpasını maliyyələşdirmək üçün yeni qiymətli kağızların buraxılması ideyası ilə əlaqədardır. İtaliya, birlik dövlətlərinin iqtisadiyyatının bərpası ilə bağlı yaranacaq borcların birləşdirilməsinə çağırır. Lakin Hollandiya və Almaniya borcların konsolidasiyası ilə bağlı təklifləri rədd edirlər, çünki cənub ölkələri iflasa uğrayacağı təqdirdə borcları onlar tərəfindən ödəməli olacaqlarından qorxurlar.

Nizami Bağırov