Avropa Birliyi Navalnıya görə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Avropa Birliyi Navalnıya görə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

22-02-2021 18:43 / Bu xəbər 2031 dəfə oxundu

Avropa Birliyi müxalifət lideri Aleksey Navalnının təqdib olunmasına görə, Rusiyanın dörd yüksəkçinli məmuruna qarşı sanksiyalar tətbiq etmək barədə razılığa gəlib. 

Bu barədə fevralın 22-də "currenttime.tv" məlumat verib. 

Bu gün Brüseldə toplanan Avropa Birliyinin xarici işlər nazirliyi sanksiyaları qərarlaşdırıb.

Qərara görə, məhdudiyyətlər marta qədər hazır olmalıdır. 

Avropa Birliyi Aleksey Navalnının siyasi motivlərlə həbs olunduğunu və onun dərhal azadlığa buraxılmasını tələb edir.