Avropa Birliyi Rusiyanın peyvəndini almayacaq

Avropa Birliyi Rusiyanın peyvəndini almayacaq

22-03-2021 15:20 / Bu xəbər 1882 dəfə oxundu

Avropa Birliyi (AB) COVID-19-a qarşı Rusiyanın "Sputnik V" peyvəndinə ehtiyac duymur.  

Bunu "TF1" telekanalının efirində AB-nin daxili bazar üzrə komissiyasının rəgbəri Çerri Breton söyləyib. 

Onun sözlərinə görə, təsdiqlənmiş digər dörd peyvənd Avropa Birliyi ərazisində immuniteti yaratmaq üçün kifayət edəcək.

"Mart-iyun aylarında Avropaya 300-350 milyon ədəd peyvənd göndərəcəyik. Ən çox peyvəndi olan ilk qitə Avropadır”, - deyə Breton bildirib.

Eyni zamanda, komissiya rəhbəri qeyd edib ki, laxım gələrsə, AB Rusiyaya "Sputnik V" peyvəndinin istehsalında kömək edə bilər. 

O bildirib ki, Rusiya bununla bağlı müəyyən problemlərlə üzləşir və ruslar onu "əldə etməkdə çətinlik çəkirlər".

Son məlumata görə, Rusiyada 7 milyona yaxın şəxsə peyvənd vurulub - adambaşına düşən nisbətə görə bu, əksər AB ölkələrindən azdır.