Avropa Birliyi xüsusi nümayəndəsini Azərbaycana göndərir
24-02-2021 23:51 / Bu xəbər 1718 dəfə oxundu
Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toyvo Klaar yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Qurumdan fevralın 24-də verilən xəbərə görə, Klaar fevralın 22-dən etibarən Ermənistanda səfərdədir.
Bundan sonra onun Gürcüstana və Rusiyaya səfəri, ən sonda isə Bakıya gəlməyi planlaşdırılır.
Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın bəzi rəsmiləri ilə görüşlər keçirəcək.












