Avropa İttifaqı Lukaşenkonun legitimliyini tanımır

Avropa İttifaqı Lukaşenkonun legitimliyini tanımır

24-09-2020 15:45 / Bu xəbər 905 dəfə oxundu

Məqalə "Euroradio" saytında dərc olunub

"Aİ Belarusla münasibətləri yenidən dəyərləndirəcək”

Avropa İttifaqı Aleksandr Lukaşenkonun legitimliyini tanımır. 

Bu haqda Avropa diplomatiyasının rəhbəri Jozef Borrelin bəyanatında deyilir.

"Aİ 9 avqust 2020 il tarixli saxtalaşdırılmış [prezident] seçkilərinin nəticələrini tanımır”, - mətndə deyilir. - "Buna görə də 23 sentyabr tarixli "inaqurasiya” və Aleksandr Lukaşenkonun qəbul etdiyi yeni mandatın kifayət qədər demokratik legitimliyi yoxdur”.

Jozef Borrel bildirib ki, "Aİ Belarusla münasibətləri yenidən dəyərləndirəcək”. Bəyanatda həm də deyilir ki, "inaqurasiya” belarusların böyük hissəsinin mövqeyinə ziddir və Belarusda siyasi böhranı ancaq dərinləşdirir.

Aİ vurğulayır ki, belarusların azad şəkildə seçdikləri adamlar tərəfindən təmsil olunmaq haqları var. Brüssel "Belarus hakimiyyətinin qəddar repressiyalarına baxmayaraq”, öz hüquqları və demokratiya uğrunda dinc yolla mübarizə aparan belarus xalqının mərdliyinə heyranlığını bildirir. Aİ ümid edir ki, rəsmi Minsk repressiyalar və zorakılığa son qoyacaq. Avropa İttifaqı Belarusda milli dialoq və ATƏT-in müşahidəçiliyi altında yeni seçkiləri dəstəkləyir.

Meydan.tv