Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

13-12-2019 11:13 / Bu xəbər 803 dəfə oxundu

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı yürütdüyü siyasətə görə Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini daha 6 ay uzadıb.

Bu barədə Bekçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Sammitində qərar qəbul olunub. Qərar barədə ictimaiyyəti Tvitter səhifəsindən açıqlama verən Aİ Şurasının sözçüsü Barend Leyts məlumatlandırıb.  
 
Aİ Rusiyada iqtisadi sanksiyalarla bağlı ilk qərarını 2014-cü ildə verib. Uzadılmış iqtisadi sanksiyalara görə, Avropa İttifaqına üzv 28 ölkə Rusiyaya silah satmır. 

Sanksiyalar Rusiyaya Aİ ölkələrindən neft və qaz sektorlarında istifadə olunan müəyyən texnologiyaların alınmasını da məhdudlaşdırır. 

Bundan əlavə, sanksiyalara görə, Rusiyanın dövlət bankları Avropadakı maliyyə sektorundan xaric edilir.

Ticarət və investisiyalara qoyulan məhdudiyyətlər də daxil olmaqla, sanksiyalar hər 6 aydan bir uzadılır.