Avropa Məhkəməsi bloklanan saytla bağlı işi icraata götürdü

Avropa Məhkəməsi bloklanan saytla bağlı işi icraata götürdü

25-02-2020 16:43 / Bu xəbər 795 dəfə oxundu

Anaxeber.az saytının baş redaktoru Azər Talıbovun Avropa Məhkəməsinə ünvanlandığı şikayət icraata götürülüb. 

Bu barədə Azər Talıbovun vəkili Elçin Sadıqov bildirib.

Azər Talıbovun şikayəti Anaxeber.az saytının bloklanması ilə bağlı olub. 

Azər Talıbov

2018-ci ilin avqustun 7-də Səbail Rayon Məhkəməsi Az24saat.org saytının, avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytlarının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iddiasını təmin edib.

Bu qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyib və Azər Talıbov Avropa Məhkəməsinə üz tutub.

Səbail Rayon Məhkəməsinin "Arqument.az" saytı ilə bağlı qərarını isə iki gün sonra Bakı Apelyasiya Məhkəməsi ləğv edilib.

Hazırda Arqument.az" saytı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında məhkəmə çəkişməsi davam edir.