Avropa Məhkəməsi Navalnının dərhal azad olunmasını tələb etdi

Avropa Məhkəməsi Navalnının dərhal azad olunmasını tələb etdi

18-02-2021 13:02 / Bu xəbər 1389 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyadan müxalif siyasətçi Aleksey Navalnını dərhal azad etməyi tələb edib.

Moskvanın Simonov məhkəməsi Navalnı haqqında daha əvvəl çıxarılmış şərti cəza qərarını fevralın 2-də 3,5 illik həbslə əvəz etmişdi.

AİHM reqlamentinin 39-cu bəndinə əsaslanan tələbi icra atmək Avropa Konvensiyasını imzalamış bütün ölkələr üçün məcburidir.

"Ədliyyə Nazirliyi AHİM-in tələbinə əməl etməsə, bu, Avropa Konvensiyasına üzv ölkənin belə qərara tabe olmamasının ilk nümunəsi kimi tarixə düşəcək” - Navalnının vəkili Olqa Mixaylova "Açıq media”ya müsahibəsində belə deyib.

Nazirliksə hələ bir gün əvvəl açıqlamışdı ki, AHİM-in bu məzmunda qərar çıxarmasını "suveren bir ölkənin məhkəmə sisteminin işinə əsassız və kobud müdaxilə” kimi qiymətləndirəcək və tələbi yerinə yetirməyəcək.

Qurum bu gün də eyni məzmunda açıqlama yayaraq qərarın yerinə yetirilməsinin "mümkünsüz” olduğunu bildirib ("Nastoyaşee vremya”).