Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi

29-06-2017 17:23 / Bu xəbər 1334 dəfə oxundu

İyunun 29-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı bir neçə qərarını elan edib. 

Bunlar Ramin Hacılı, Nərgiz Yaqublu və Aqil Əliyevin şikayətləri üzrədir. 

Məlumatı vəkil Əsabəli Mustafayev verib. 

Vəkil bildirib ki, qərarda şikayətçilərə münasibətdə Konvensiyanın 6.1. (ədalətli araşdırma hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusu tanınıb: 

"Qərarda hüquqları pozulmuş insanlara müəyyən kompensasiyalar nəzərdə tutulub. Nərgiz Yaqubluya mənəvi ziyana görə 6000, maddi ziyana görə 473, Ramin Hacılıya mənəvi ziyana görə 6000, maddi 400, Aqil Əliyevə mənəvi ziyana görə 6000, maddi ziyana görə 588 avro kompensasiya verilməlidir. İşlər üzrə hüquqi xidmətə görə 3000 avro kompensasiya nəzərdə tutulub. Hər 3 işdə vəkil İntiqam Əliyevdir”.