Avropa Parlamentinin prezidenti vəfat edib

Avropa Parlamentinin prezidenti vəfat edib

11-01-2022 17:54 / Bu xəbər 179 dəfə oxundu

Devid Sassoli İtaliyada müalicə olunurdu

Avropa Parlamentinin prezidenti Devid Sassoli dekabrın 11-də vəfat edib.

65 yaşlı Devid Sassolinin iki həftədən çox idi vətəni İtaliyada müalicə aldığı bildirilirdi.

Məlumatı BBC mərhumun sözçüsü Roberto Cuilloya istinadən yayıb.

1956-cı ildə anadan olan D.Sassoli jurnalist olub. O, İtaliyanın gündəlik "Il Giorno” qəzetində çalışıb.

Ardınca televiziya müxbiri və 2006-2009-cu illərdə TG1 telekanalının direktor müavini olub.

2009-cu ildə Demokratlar Partiyasının siyahısı ilə Avropa Parlamentinə deputat, 2019-cu ildə isə Avropa Parlamentinin prezidenti seçilib.///Meydan TV