Avropa üç Rusiya mediasına girişi qadağan edəcək
24-06-2024 17:07 / Bu xəbər 847 dəfə oxundu
Avropa İttifaqında üç Rusiya KİV-nə giriş qadağan ediləcək.
Avropa İttifaqı Şurasının saytında bu barədə məlumat yerləşdirilib.
Məhdudiyyətlərin "RİA Novosti”, "İzvestiya” və "Rossiyskaya qazeta” kimi KİV-lərə şamil olunacağı bildirilir.
Onlar iyunun 25-dən fəaliyyətə başlayacaqlar.
Bundan əvvəl bazar ertəsi, iyunun 24-də Avropa İttifaqının Rusiyada 116 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etdiyi məlum olub.
Bu tədbirlər ölkəyə qarşı 14-cü sanksiyalar paketinə daxil edilib.
Yeni anti-Rusiya sanksiyalar paketinə həmçinin, Rusiyaya "Ukrayna mənşəli olmasından şübhələnilən” tarixi və mədəni sərvətlərin satışına qadağa da daxil edilib.
Məhdudiyyətin onların idxalı, ixracı və transferinə də şamil ediləcəyi dəqiqləşdirilib.(Gununsesi.info)