Avtomobil Yolları Dövlət Agentliyinə 13,5 mln. pul ayrıldı

Avtomobil Yolları Dövlət Agentliyinə 13,5 mln. pul ayrıldı

27-06-2019 17:28 / Bu xəbər 1990 dəfə oxundu

Azərbaycan Prezidenti İlham Əliyev 64 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə pul ayırıb.

AzəTAC xəbər verir ki, sərəncam bu gün, yəni, 27 iyun 2019-cu il tarixdə imzalanıb.

Sərəncama görə, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon (on üç milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.