AXCP fəalı məhkəmə binasının qarşısında saxlanılıb

AXCP fəalı məhkəmə binasının qarşısında saxlanılıb

29-10-2019 13:38 / Bu xəbər 962 dəfə oxundu

"Həbs, qarşıdan gələn mitinqlə bağlıdır”

Bakı Apelyasiya Məhkəməsinin binasının qarşısında AXCP fəalı Emin Manıyev saxlanılıb.

"Turan” İnformasiya Agentliyinin məlumatına əsasən, hadisə oktyabrın 29-u saat 11:30 radələrində baş verib.

Emin Manıyevi mülki geyimli şəxslər saxlayıblar.

"Facebook” sosial şəbəkəsində Emin Manıyevin saxlanılmasını əks etdirən video da paylaşılıb.

Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-də mitinq keçirmək barədə qərar qəbul edib. Mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə iki yer – metronun "28 may” stansiyasının qarşısı və "Məhsul” stadionu təklif edilib.

AXCP hesab edir ki, fəalın həbsi sifarişlidir və mitinqlə bağlıdır. Rəsmi qurumlar E.Manıyevin saxlanması ilə bağlı hələ məlumat yaymayıblar.///Meydan.tv