AXCP-nin rayon təşkilatının sədri qətlə yetirildi

AXCP-nin rayon təşkilatının sədri qətlə yetirildi

26-06-2022 18:20 / Bu xəbər 1258 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bərdə rayon təşkilatının sədri Çapay Sadıqlı qətlə yetirilib.

Bildirilir ki, hadisə Bərdənin Samux kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. 

Məlumata görə, Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyi (DİN) məlumatı təsdiqləyib. 

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, Bərdə Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. 

Onun barəsində cinayət işi başlanıb.

Çapay Sadıqlı AXCP-nin Bərdə rayon təşkilatının sədri olub.