AXCP üzvü və jurnalist saxlanıldı

AXCP üzvü və jurnalist saxlanıldı

09-05-2020 23:29 / Bu xəbər 1977 dəfə oxundu

Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayev polis tərəfindən saxlanılıb.

Bu barədə Turana AXCP-dən məlumat verilib. 

Məlumata görə, Rzayev Mingəçevir şəhərində "1941-1945" abidəsinin qarşısında Məmməd Əmin Rəsulzadənin şəklini qaldırdığına görə yerli polis tərəfindən saxlanılıb.
 
Aksiyanı çəkən jurnalist Elçin Həsənov da polis tərəfindən mindirilərək naməlum istiqamətə aparılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.