AXCP üzvünün həbs müddəti uzadılır

AXCP üzvünün həbs müddəti uzadılır

28-08-2020 15:42 / Bu xəbər 1903 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Emin Fərhadovun həbs müddəti daha 13 sutka uzadıla bilər.

Bu barədə Turan-a Asabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, məhkəmənin 31 iyul tarixli qərarı ilə o karantin rejimi pozmaqda güahlandırılaraq 30 sutka həbs cəzasına məhkum edilib.

Məhkəmənin təyin ediyi müddətin vaxtı fəalın saxlanıldığı gündən, iyulun 30-dan hesablanıb.

Saxlanma yeri kimi inzibati qaydada həbs edilənlər üçün Binəqədi təcridxanası göstərilib.

Lakin avqustun 3-ə qədər Fərhadov Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsində saxlanılıb.

Orada ondan koronavirus testi götürülüb və fəala testin pozitiv olduğu bildirilib.

O müalicə müəssisəni göndərilib. Yalnız 13 gün sonra Binəqədi təcrudxanasına göndərilib.

Bu müəssisədə Fərhadova bildiriblər ki, klinikada olduğu müddət cəza müddəti kimi hesablanmır və avqustun 29-da o azad edilməyəcək və təcridxanada daha 13 gün, sentyabrın 12-ə qədər saxlanılacaq.

Vəkil təcridxana əməkdaşlarının yanaşmasını qanunsuz hesab edir.

"Fərhadov tibb müəssisəsinə cəzasını çəkməyə başlayandan 5 gün sonra göndərilib. Cəzanın təxirə salınması ilə bağlı məhkəmə qərarı olmayıb. Ona görə də təcridxana rəhbərliyi tərəfindən cəza müddətinin uzadılması qanunsuzdur”, - deyə vəkil Mustafayev bildirib.

Onun sözlərinə görə, Onun DİN-ə və ombudsman aparatına müraciəti nəticəsiz qalıb.

DİN-dən münasibət öyrənmək mümkün olmayıb.