AXH üzvlərinin saxlandığı deyilir

AXH üzvlərinin saxlandığı deyilir

15-07-2019 17:59 / Bu xəbər 823 dəfə oxundu

İyulun 15-də Azərbaycan Xalq Hərəkatının (AXH) iclasına imkan verilmədiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXH-yə daxil olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib. 

Onun sözlərinə görə, polislər Hərəkatın Yasamal rayonunda yerləşən qərargahına gәlәrәk ofisi boşaltmağı tələb ediblər.

A.Şakiroğlu әlavә edib ki, Yasamal Rayon Polis İdarәsinin əməkdaşları Hәrәkatın bəzi üzvlərini maşınlara otuzduraraq naməlum istiqamətə aparıblar.

Yasamal Rayon Polis İdarәsindәn isə "Turan" agentliyinə bildiriblәr ki, bu barədə heç bir məlumata malik deyillər.

Daha sonra isə axlananları elә yolda polis maşınında siyahıya alıb buraxıblar.

A.Şakiroğlu deyib ki, Yasamal rayonu ərazisində yerləşən ofislərinin qapısına da möhür vurulub.

Bu məlumata, hələlik, hüquq-mühafizə orqanlarından hər hansı münasibət almaq mümkün olmayıb.

Azәrbaycan Xalq Hәrәkatı 2019-cu il yanvarın 26-da tәsis edilib. 

Quruma bir sıra partiya və ictimai fəallar daxildir.