Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib

Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib

05-07-2019 17:06 / Bu xəbər 1731 dəfə oxundu

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibova iyulun 5-də səhər çağı vəfat edib.

Məlumatı Meydan TV-yə deputat Araz Əlizadə təsdiqləyib.

Azərbaycanın birinci prezidentinin xanımı uzun müddət ağır xəstə olub

Ədibə Mütəllibovanın uzun müddətdir ağır xəstə olduğu bildirilirdi.

Mərhumun hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Ədibə Mütəllibova 1938-ci ildə Bakıda anadan olub

Ayaz Mütəllibov Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi idi. 

A.Mütəllibov 1990-1992-ci illərdə Azərbaycanın prezidenti olub.