Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub
22-11-2024 14:55 / Bu xəbər 74 dəfə oxundu
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə Azər Qasımlı özü məlumat yayıb.
Ona qadağanın qoyulması ilə bağlı məlumat Bakı Hava Limanında verilib.
"Bu gün səhər Praqaya, oradan da Berlinə səfərim var idi. Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm, lakin hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Bu qadağa qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər”, – deyə Azər Qasımlı bildirib.
Qasımlı məsələ ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsinə getdiyini bildirib:
"Məsələ ilə bağlı bir az əvvəl Daxili İşlər Nqzirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevlə danışmışam. Elşad Hacıyev səbəbini araşdıracağını dedi”.
Son bir ildə Azərbaycanda bir çox fəalların, jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin ölkədən çıxışına qadağa qoyulub.
Bunların əksəriyyəti "AbzasMedia” və "Toplum TV işi” ilə bağlıdır.