Azərbaycada: 547 koronavirusa yoluxma, 6 ölüm

Azərbaycada: 547 koronavirusa yoluxma, 6 ölüm

25-06-2020 19:39 / Bu xəbər 1344 dəfə oxundu

Daha 291 nəfər evə buraxılıb

İyunun 25-də Azərbaycanda COVID-19 infeksiyasına 547 nəfərin yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq evə buraxılıb, 6 xəstə isə ölüb.

Bu barədə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva keçirilən brifinqdə deyib.

O, Azərbaycanda indiyə qədər 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 xəstə ölüb. Aktiv xəstə sayı 6613 nəfərdir”.

Yaqut Qarayeva ötən müddətdə 449 min 235 testin aparıldığını xatırladıb:

"Bugünkü test sayı isə 7274-dür”.