Azərbaycan Avropa Məhkəməsinin cəza statistikasında

Azərbaycan Avropa Məhkəməsinin cəza statistikasında

25-01-2018 16:00 / Bu xəbər 1997 dəfə oxundu

Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ildə baxdığı işlərin statistikası açıqlanıb. 

Novator.az-ın məlumatına görə, ötən il ən çox Rusiya dövləti cəza alıb: Avropa Məhkəməsi bu ölkəyə qarşı 293 qərar çıxarıb.

İkinci yerdə 99 qərarla Türkiyə, üçüncü yerdə 82 qərarla Ukrayna gəlir.

Məhkəmənin 2017-ci ildə Azərbaycana qarşı 24 qərar çıxardığı bəyan edilib.

Moldovaya qarşı 12, Ermənistana qarşı 11, Gürcüstana qarşı 9 qərar qəbul edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin Litvaya qarşı 14, Latviyaya qarşı 12, Estoniyaya qarşı 1 qərarı olub.