Azərbaycan CNN-in əməkdaşını "qara siyahı"ya saldı

Azərbaycan CNN-in əməkdaşını

26-10-2017 11:36 / Bu xəbər 1582 dəfə oxundu

Azərbaycan Xarici İşlər Nazirliyi CNN telekanalının aparıcısı Antoni Burdeni ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün arzuolunmaz şəxslər siyahısına daxil edib.
 
Məlumatı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yayıb. 

O, tvitter səhifəsində qeyd edib ki, A. Burden Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də qanunlarını pozduğu üçün "qara siyahı"ya salınıb. 
 
CNN-in əməkdaşı oktyabr ayında "Antoni Burden: bilinməyən yerlər” teleşousu üçün Azərbaycanın işğal olunmuş şəhəri Şuşaya səfər edib və rəsmi Bakıya heç bir məlumat verməyib. Aparıcı bu haqda yalnız səfər bitdikdən sonra sosial şəbəkədəki səhifəsində yazıb. 

Bundan öncə bloger Aleksandr Lapşin Qarabağa qanunsuz səfər etdiyinə görə fevarlın 7-də Belarusda saxlanılaraq Azərbaycana gətirilmişdi.  

O, prezident İlham Əliyevin sentyabrın 11-də imzaladığı sərəncamla əfv edilərək ölkəsinə təhvil verilib.///toplum.tv