Azərbaycan əsgəri Kəlbəcərdə itkin düşüb

Azərbaycan əsgəri Kəlbəcərdə itkin düşüb

23-07-2022 18:44 / Bu xəbər 808 dəfə oxundu

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlunun dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşdüyü bildirilir. 

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilir ki, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

"Hazırda faktla bağlı araşdırma aparılır", - Müdafiə Nazirliyi belə deyir.