Azərbaycan əsgəri qeyri-döyüş şəraitində həlak olub

Azərbaycan əsgəri qeyri-döyüş şəraitində həlak olub

11-12-2021 12:51 / Bu xəbər 3491 dəfə oxundu

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda xidmət edən Nurlan Eldar oğlu Həsənov dekabrın 10-da qeyri-döyüş şəraitində həlak olub. 

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Turan"a təsdiqləyiblər. 

Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb. 

Bildirilib ki, faktla bağlı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.