Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək təlimlərdə iştirak edəcəklər

29-08-2022 16:52 / Bu xəbər 839 dəfə oxundu
Azərbaycan hərbçilərinin Rusiyada sentyabrın 1-dən 7-nə kimi keçiriləcək "Şərq 2022" strateji komanda-qərargah təlimlərində tərəfdaş qismində iştirakı gözlənir.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (RMN) yaydığı məlumatda bildirilir.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB), Şanxay Əməkdaşlıq Təşkilatı və digər tərəfdaş-dövlətlərdən idarəetmə orqanlarının operativ qrupları, hərbi kontingentlər və müşahidəçilər koalisiya qoşun qruplaşmalarının tərkibində birgə fəaliyyəti məşq edəcəklər", - açıqlamada bildirilir.
Məlumatda Azərbaycanla yanaşı, təlimlərə qatılacaq tərəfdaş ölkələr kimi Əlcəzair, Laos, Monqolustan, Nikaraqua və Suriya da göstərilir.
Bu məlumata, hələlik, Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.(azadlıq.org)