Azərbaycan hərbçisi minaya düşüb

Azərbaycan hərbçisi minaya düşüb

10-11-2024 23:45 / Bu xəbər 180 dəfə oxundu

Noyabrın 10-da Goranboyun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib, vəziyyəti kafidir.