Azərbaycan hərbçisinin meyiti qar uçqunundan çıxarılıb

Azərbaycan hərbçisinin meyiti qar uçqunundan çıxarılıb

10-02-2023 15:18 / Bu xəbər 722 dəfə oxundu

Müddətdən artıq hərbi qulluqçu Savalan Bəxtiyar oğlu Hüseynovun cəsədi qar uçqununun altından çıxarılaraq ailəsinə təhvil verilib. 

Gədəbəy rayonunun Qalakənd kənd sakini olan hərbçinin qar uçqununda qalaraq vəfat etdiyi bildirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidməti faktı "Qafqazinfo”ya təsdiqləyib.  

Hadisə fevralın 8-i saat 17 radələrində baş verib. 

Nazirlik Savalan Hüseynovun xidməti yerini özbaşına tərk etdiyini söyləyib. 

Savalan Hüseynovun 3 azyaşlı övladı var.