"Azərbaycan hökuməti niyə Cavid Hüseynovu azadlığa buraxdı?" - Reynhard Qrindel

08-10-2017 19:14 / Bu xəbər 7344 dəfə oxundu

Almaniya - Azərbaycan matçından öncə baş tutan mətbuat konfransına Yoahim Lpvdən başqa, Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel də qatılıb.
 
Arqument.Az xəbər verir ki, mətbuat konfransında Azərbaycanla bağlı maraqlı olay yaşanıb. Belə ki, Qrindel öz ölkəsinin yığmasını DÇ-2018-ə vəsiqə qazanması münasibətilə təbrik etdikdən sonra azərbaycanlı jurnalist Rasim Əliyevin öldürülməsindən danışıb. 
 
O, jurnalistin ölümündə təqsirləndiriliərək həbs olunmuş Cavid Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmasına görə Azərbaycan hökumətindən izahat tələb edib:  "Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxarıldı. Bunun səbəbini bilmirik. Rəhmətə gedən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin niyə tez sərbəst buraxıldığını izah etsin. Biz o futbolçunun belə hərəkət etdiyini bilmirdik. Bakıda bizə qarşı oynayandan sonra bunu məsələ aydın oldu. Ona kimi hamı yazırdı ki, niyə Cavid oynayır? İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər. Almaniyada bütün mətbuat mənə məktub yazdı. Mən Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdur. Ona 4 il verilmişdi. Lakin heç nə olmadan həbs müddətini qısaltılar. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdır".

ŞƏFİ ŞƏFİYEV, 
Maynts