Azərbaycan kibertəhlükəsizliyə görə MDB-də ilk yerlərdədir

Azərbaycan kibertəhlükəsizliyə görə MDB-də ilk yerlərdədir

05-07-2021 14:08 / Bu xəbər 2818 dəfə oxundu

Azərbaycan kibertəhlükəsizliyə görə dünya ölkələri arasında mövqeyi son iki ildə 15 pillə yaxşılaşaraq 40-cı, MDB regionunda isə bir pillə yüksələrək 3-cü yerdə qərarlaşıb.

"Report”un məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hər il yaydığı "Qobal Kibertəhlükəsizlik İndeksi”nin (The Global Cybersecurity İndex – GCI) 2020-ci il üçün buraxılışında qeyd edilib.

Hesabata görə, Azərbaycan mümkün 100 baldan 89,31 bal toplayıb ki, bu da 5 kateqoriya üzrə hesablanıb. Belə ki, rəsmi Bakı leqal ölçmələr üzrə 20, texniki ölçmələr üzrə 19,19, təşkilatçılıq üzrə ölçmələrdə 13,14, potensialın inkişaf etdirilməsi üzrə 16,99 və kooperativ ölçmələr üzrə isə 20 bal toplayıb.

MDB ölkələri arasında yalnız Rusiya Federasiyası və Qazaxıstan ölkəmizdən irəlidədir. Siyahıda digər yerləri isə Özbəkistan, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Türkmənistan tutur.

ITU-nun açıqlamasına görə, müraciət olunmasına baxmayaraq Ermənistan, Tacikistan və Türkmənistan məlumatların təqdim edilməsi ilə bağlı suallara heç bir cavab verməyib.