Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu keçirib

Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu keçirib

06-09-2024 00:20 / Bu xəbər 1768 dəfə oxundu

Komanda Bakıda İsveç yığmasına məğlub olub

Futbol üzrə Azərbaycan milli komandası sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

Portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda İsveç millisini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyuna saat 20:00-da start verilib. 

Qarşılaşma Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb. 

İsveç yığması Bakıda 3:1 hesablı qələbəyə sevinib.

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə də mübarizə aparacaq.