Azərbaycan millisinin oyunu qapalı keçiriləcək

Azərbaycan millisinin oyunu qapalı keçiriləcək

22-01-2021 14:23 / Bu xəbər 1527 dəfə oxundu

Futzal üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18.00-da Bakı İdman Sarayında Azərbaycan – Slovakiya oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, oyun qapalı qapılar arxasında keçiriləcək. 

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüş azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.