Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

19-07-2022 12:04 / Bu xəbər 749 dəfə oxundu

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları, yaxud 3 % artıb.

"Azeri Light"in 1 bareli 121,74 ABŞ dolları təşkil edib.

Hərraclarda "Brent” markalı neftin sentyabr fyuçersləri 105,77 ABŞ dollardan satılıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.