Azərbaycan Ordusu aviasiya təlimlərinə başlayıb
15-05-2021 14:49 / Bu xəbər 3384 dəfə oxundu
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim uçuşlarına başlayıb.
Məlumatı mayın 15-də Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.
"Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir, təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir", - Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.












