Azərbaycan ordusunda qətl: kiçik çavuş 3 hərbçini güllələyib

Azərbaycan ordusunda qətl: kiçik çavuş 3 hərbçini güllələyib

03-01-2022 00:29 / Bu xəbər 1119 dəfə oxundu

Elxan Əvəzlinin hadisə yerindən qaçdığı bildirilir

Yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində qətl hadisəsinin baş verdiyi deyilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli naməlum səbəbdən baş leytenant Yusif İsmayılovu, kiçik gizirlər Amil Cəlilzadəni və Rəfail İbrahimovu qətlə yetirib

DSX Elxan Əvəzlinin silahını ataraq hadisə yerindən qaçdığını bildirib.

Məlumatda deyilir ki, Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.