Azərbaycan ordusunun zabiti həlak olub

Azərbaycan ordusunun zabiti həlak olub

09-08-2021 14:36 / Bu xəbər 948 dəfə oxundu

Leytenant İlqar Babayevin bədbəxt hadisə nəticəsində öldüyü bildirilir

Avqustun 9-da Azərbaycan ordusunun zabiti, leytenant İlqar Babayev məşğələ zamanı həlak olub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, hadisə səhər saatlarında baş verib: "Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant İlqar Babayev həlak olub".

Nazirlik hadisənin səbəblərini araşdırdığını qeyd edib.

İlqar Babayev 1999-cu ildə Oğuz rayonunda doğulub.