Azərbaycan Pakistanla birgə hərbi təlimlər keçirəcək

Azərbaycan Pakistanla birgə hərbi təlimlər keçirəcək

21-06-2021 17:41 / Bu xəbər 1253 dəfə oxundu

Azərbaycan və Pakistan orduları birgə hərbi təlimlər keçirəcək.

Bu barədə iyunun 21-də müdafiə naziri Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı razılıq əldə olunub.

Məlumata görə, tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması ilə bağlı da razılığa gəliblər.