"Azərbaycan" qəzeti məhkəməyə verildi

11-09-2024 14:13 / Bu xəbər 783 dəfə oxundu

Milli Məclisin orqanı olan "Azərbaycan" qəzeti məhkəməyə verilib. 

"Qaynarinfo"nun məlumatına görə, iddiaçı Bağırova Aygül Saday qızıdır. 

Araşdırmalarımız zamanı məlum olub ki, Aygül Bağırova "Tovuz Baltiya" şirkətinin aparat rəhbəridir. 

Onunla "Azərbaycan" qəzeti arasındakı mübahisənin detalları bəlli deyil. Açıq mənbələrdə də işin mahiyyəti barədə heç bir məlumat yoxdur. 

Aygül Bağırovanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Həmid Ağalarov iş üzrə hakim təyin edilib. 

"Tovuz Baltiya" Azərbaycanın ilk özəl şirkətlərindən biridir. 1989-cu ildə təsis edilən şirkət şərab istehsalı ilə məşğuldur. 

Şirkətin təsisçisi Naiq Məmmədhəsnovdur.

"Azərbaycan" qəzeti 1918-ci ildən fəaliyyət göstərir. 

Qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdur. 

O, eyni zamanda Milli Məclisin deputatıdır.