Azərbaycan rayonları yenə atəşə tutulur

Azərbaycan rayonları yenə atəşə tutulur

14-10-2020 12:16 / Bu xəbər 791 dəfə oxundu

Gecəboyu atışma davam edib

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

Ermənistan mətbuatı da cəbhədə vəziyyətin gərgin olduğunu yazır.