Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək

31-08-2021 15:12 / Bu xəbər 1708 dəfə oxundu

Sergey Yekimov: "Bir neçə gün ərzində birgə tədbirlərin planı hazırlanacaq”

Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək.

Bu barədə "Report” xəbər yayıb.

Rusiya Hərbi Dəniz Donanmasın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov jurnalistlərə deyib ki, "Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək.

Onun sözlərinə görə, bir neçə gün ərzində Xəzər dənizində birgə fəaliyyət tədbirlərinin planı hazırlanacaq.

İlk dəfə İranda keçirilən "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının "Dəniz Kuboku” müsabiqəsində Azərbaycan, Qazaxıstan, İran və Rusiyaya məxsus kiçik raket və artilleriya gəmiləri iştirak edir.