Azərbaycan Silahlı Qüvvələr Günü: 104 il öncə

Azərbaycan Silahlı Qüvvələr Günü: 104 il öncə

26-06-2022 12:51 / Bu xəbər 492 dəfə oxundu

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. 

104 il öncə Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu bayramı oktyabrın 9-da - gələcək milli ordunun ilk batalyonunun yarandığı gün qeyd edilirdi. Bu, 1998-ci ilə qədər belə olub. 

Həmin il Prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

2020-ci ilin payızındakı 44 günlük Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin çağdaş tarixində mühüm mərhələ olub. 

Döyüşlər zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, keçmiş Ağdərə rayonunun bir hissəsi, Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri erməni işğalından azad edilib. 

Şuşa qala-şəhərin azad edilməsi istiqamətində əməliyyat hərbi kampaniyanın zirvəsi hesab edilir. Bundan sonra Ermənistan noyabrın 10-da Rusiya-Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanata əsasən hərbi qüvvələrini Ağdam, Laçın və Kəlbəcər rayonlarından da çıxarıb.