Azərbaycan Tokio-2020-də ilk gümüş medalını qazandı

Azərbaycan Tokio-2020-də ilk gümüş medalını qazandı

07-08-2021 12:03 / Bu xəbər 1880 dəfə oxundu

36 yaşlı idmançı italiyalı Luici Busaya uduzub

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.

Olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da, Ağayev ikinci yeri tutub.

Azərbaycan idmançılarından daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanmışdı.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.