Azərbaycan XİN Dağıstana başsağlığı verdi

Azərbaycan XİN Dağıstana başsağlığı verdi

15-08-2023 13:00 / Bu xəbər 695 dəfə oxundu

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib.

Bu barədə avqustun 15-i XİN rəsmi səhifəsində açıqlama yayıb.

"Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxlu sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirir. Bu faciədə yaxınlarını itirən ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - Nazirlik qeyd edib.

30 nəfərin həlak olması ilə nəticələnən Mahaçqaladakı partlayışa görə Dağıstan Respublikasında matəm elan olunub.