Azərbaycan XİN Paşinyana şeirlə cavab verdi
16-04-2021 10:37 / Bu xəbər 3239 dəfə oxundu
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib.
XİN mətbuat xidməti idarəsindən aprelin 16-da verilən məlumatda bildirilir:
"Aprelin 14-də Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb: "Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.
Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
"Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda".












