Azərbaycan yığmasının heyəti açıqlandı

Azərbaycan yığmasının heyəti açıqlandı

23-08-2021 17:37 / Bu xəbər 879 dəfə oxundu

Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Apasport.az-ın məlumatına görə, italiyalı baş məşqçi Canni de Byazi yığmanın sentyabrda keçiriləcək oyunlarına hazırlıq prosesində sınayacağı heyəti müəyyənləşdirib.

Avqustun 25-dən 27-dək Bakıda baş tutacaq yoxlama xarakterli təlim-məşq toplanışında 20 futbolçu iştirak edəcək.

Avrokuboklarda mübarizə aparan "Neftçi” və "Qarabağ”ın üzvləri, həmçinin ölkə xaricində çıxış edən oyunçular toplanışda iştirak etməyəcək.

Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində üç oyuna çıxacaq. Komanda sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiyanın qonağı olacaq, ayın 7-də Portuqaliyanı qəbul edəcək.