Azərbaycan zabitinin qar uçqunu səbəbindən həlak olduğu bildirilir

Azərbaycan zabitinin qar uçqunu səbəbindən həlak olduğu bildirilir

05-03-2023 16:10 / Bu xəbər 867 dəfə oxundu

Kamran Hüseynov Neftçalada dəfn edilib

27 yaşlı hərbçi Kamran Namiz oğlu Hüseynovun Kəlbəcər rayonu ərazisində qar uçqununa düşüb həlak olduğu bildirilir. 

Məlumatı Meydan TV-yə hərbçinin yaxınları verib. 

1995-ci il təvəllüdlü Kamran Hüseynov Cəmşid Naxçıvanski adına Hərbi Lisey məzunudur.

Zabitin martın 4-də doğulub-böyüdüyü Neftçala şəhərində dəfn edildiyi bildirilir.

Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.