Azərbaycanda 1000-dən az yoluxma qeydə alındı
19-04-2021 18:18 / Bu xəbər 1592 dəfə oxundu
Aprelin 19-da Azərbaycanda 996 adam COVID-19 infeksiyasına yoluxub, 1136 nəfər müalicə olunaraq sağalıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 29 nəfərin vəfat etdiyi göstərilib.
Operativ Qərargah Azərbaycanda indiyədək ümumilikdə 301661 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31953 nəfərdir".
Qərargah son sutkada 5 955, hazırkı dövrədək isə 3 114 879 testin aparıldığını vurğulayıb.












