Azərbaycanda 32 nəfər koronavirusdan vəfat edib

Azərbaycanda 32 nəfər koronavirusdan vəfat edib

06-04-2021 18:23 / Bu xəbər 1154 dəfə oxundu

"1174 koronavirus xəstəsi sağalıb, 2035 yeni yoluxma qeydə alınıb"

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2035 yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib, aktiv xəstə sayı 26659 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701, ötən müddət ərzində isə ümumilikdə 2 948 419 test aparılıb".

Məlumatda deyilir ki, son sutkada koronavirus əleyhinə 34344 vaksin vurulub: "Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13885 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 982 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370 820 təşkil edir".