Azərbaycanda 326 nəfər koronavirusa yoluxub

Azərbaycanda 326 nəfər koronavirusa yoluxub

26-01-2021 18:32 / Bu xəbər 811 dəfə oxundu

7 nəfərin öldüyü bildirilir

Yanvarın 26-da Azərbaycanda 326 adam COVİD-19 infeksiyasına yoluxub, 551 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında 7 nəfər öldüyü qeyd olunub.

Bir gün əvvəllə müqayisədə bu gün COVİD-19 infeksiyasına yoluxanlar artıb. Belə ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxmuş, 273 nəfər müalicə olunaraq sağalmışdı.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 229 min 358 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3100 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 7807 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 2 milyon 372 min 616 test aparılıb: "Bugünkü test sayı isə 7807-dir”.