Azərbaycanda 34 nəfər koronavirusdan vəfat edib

Azərbaycanda 34 nəfər koronavirusdan vəfat edib

05-04-2021 17:48 / Bu xəbər 1366 dəfə oxundu

1099 nəfərin virusa yoluxduğu açıqlanıb

Aprelin 5-də Azərbaycanda 1099 adam COVİD-19 infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 647 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 34 nəfər ölüb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 271 min 834 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 242 min 293 nəfər müalicə olunaraq sağalıb, 3711 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 25830 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 2 milyon 935 min 718 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 6763-dür".