Azərbaycanda 346 milyon niyə rəsmiləşdirilməyib? - ŞOK FAKT

Azərbaycanda 346 milyon niyə rəsmiləşdirilməyib?  - ŞOK FAKT

01-01-2014 12:01 / Bu xəbər 1060 dəfə oxundu

Gürcüstan Statistika Komitəsinin yaydığı məlumatla Azərbaycan Gömrük Komitəsinin açıqladığı hesabat arasında ciddi uyğunsuzluq var. 

“Qafqazinfo” xəbər verir ki, bu məsələyə iqtisadçı Zöhrab İsmayıl öz facebook hesabında toxunub.

“Gürcüstanının statistika komitəsi məlumat yayıb ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində bu ölkədən Azərbaycana 425.8 milyon dollarlıq mal ixrac olunub. Həmin ixracın 207.2 mln. dollarını avtomobil ixracı təşkil edib. 

Azərbaycan Gömrük Komitəsi isə məlumat verir ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində Gürcüstandan Azərbaycana 79.2 milyon dollarlıq mal gətirilib. Gürcü tərəfinin məlumatından belə aydın olur ki, bu ölkədən Azərbaycana gətirilən hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir”.

http://customs.gov.az/az/stat.html 

http://newsgeorgia.ru/economy/20141031/217086891.html 

http://www.geostat.ge/index.php…

Arqument.az